Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Kitabi-Dədə Qorqud və Fridrix fon Dits – 200" Beynəlxalq Kollokviumu adlanan tədbir keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı "Kitabi-Dədə Qorqud"un alman diplomatı, şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunur. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-
Beynəlxalq Kollokviumun gedişində "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı məqsədi ilə 2015-ci il ərzində keçirilicəyi nəzərdə tutulan geniş tədbirlər planının müzakirəsi nəzərdə tutulur.
Müzakirələr həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universitetində keçiriləcək. Beynəlxalq Kollokviumda "Kitabi - Dədə Qorqud" dastanının araşdırılması və ilboyu təbliğatının aparılmasının konkret proqramı müəyyənləşdiriləcək, Kollokvium üzvlərinin yekdil rəyi əsasında qərar qəbul olunacaq.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB