Bu gün Azərbaycanın gömrük orqanlarının yaradılmasından 23 il ötür. SİA-nın məlumatına görə, ildönümü münasibəti ilə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev başda olmaqla komitənin əməkdaşları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyublar, Ulu Öndərin ruhu qarşısında baş əyiblər. Komitə əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət ediblər və məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra komitə əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan suverenliyini bərpa etdikdən üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. Komitə ötən müddət ərzində sürətli inkişaf yolu keçib, ölkədə dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Lakin Azərbaycan gömrüyü, iqtisadiyyatın digər sahələri kimi, yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən qurularaq həyata keçirilən irimiqyaslı tədbirlər və geniş kadr islahatları nəticəsində təşəkkül tapmağa başlayıb. Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində dünya standartlarına cavab verən modern dövlət təsisatına çevrilib.
Bu günün gömrük işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi də məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin 1997-ci il yanvarın 10-da imzaladığı müvafiq Sərəncama əsasən, yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü elan olunub.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB