Sabah saat 12:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının 2014-cü il üzrə I Hesabat-seçki konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfransda AMEA Rəyasət Heyətinin 27 dekabr 2013-cü il tarixli qərarı ilə yaradılmış Gənc Alim və Mütəxəssislər Şurasının ötən ildəki fəaliyyətini əks etdirən hesabatı dinləniləcək. Gənclərin elmə cəlb olunması və onların fəaliyyətində səmərəliliyinin artırılması istiqamətində səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB