Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş ongünlüyü" çərçivəsində ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş seminar – müşavirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının TÜSİAB və ATİB-in siğorta şirkətlərinin nümayəndələri, 120-dən çox işəgötürən iştirak edib. Seminar-müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasında işçi hüquqlarının yüksək səviyyədə təminatının, o cümlədən əməyin mühafizəsinin mühüm komponentlərdən olduğunu vurğulayıb. F. Əlizadə bildirib ki, əməyin mühafizəsi sayəsində qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirən ölkəmizdə bu qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti də daimi güclənir: "Nəzarət tədbirlərinin nəticələrinin təhlili onu göstərir ki, istehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də, bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına ehtiyac var".
Seminar – müşavirədə AHİK-in sədr müavini Cavanşir Alxasov, BƏT-in Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev, ASK-nın hüquq şöbəsinin müdiri Mehman Mehmanov, ayrı – ayrı işəgötürənlər mövzu ilə bağlı fikirlərini bildiriblər. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində müəssisələrdə mövcud vəziyyət geniş müzakirə olunub. Əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edilib. Tədbir zamanı əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar barədə məlumatlar da təqdim edilib. İşəgötürənlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB