Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunda daha bir itki

Bu gün Ermənistanda yerləşən hərbi hissələrin birindəki təlim mərkəzində hərbi qulluqçunun idman qurğusundan asılmış vəziyyətdə meyiti aşkar olunub. SİA xəbər verir ki, bu barədə "armtoday" saytı Ermənistanın müdafiə naizirliyinin məlumatına istinadən yazıb.

Qeyd olunur ki, hərbi qulluqçu Ayzak Arkadiyeviç Barseqyannın meyiti bu gün səhər saat 06:35-də aşkar olunub.

Xatırladaq ki, bu kimi olay Ermənistanda birinci dəfə yaşanmır. Belə ki, bu, 2015-ci ilin ilk ayında hərbi hissədə baş verən artıq 4-cü ölüm hadisəsidir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə