Sabah duman olacaq PROQNOZ

Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru şimal və şərq rayonlarında yağıntılı olacaq. Səhər və axşam duman proqnozlaşdırılır, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə