Yaşar Həmzəyev: “Bu qanun əməyin inkişafına töhvə verəcək” AÇIQLAMA

Yaşar Həmzəyev: “Bu qanun əməyin inkişafına töhvə verəcək” AÇIQLAMA

"Hər hansı ölkədə işçilərin əməyinə olan münasibət, cəmiyyətin inkişafını göstərir". Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş" ongünlüyü çərçivəsində seminar müşavirəsində çıxışı zamanı Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Yaşar Həmzəyev deyib. O qeyd edib ki, bu il dünyada qeyd olunacaq əməyin mühafizəsi günündə beynəlxlaq əməyin mühafizəsinə qoşulma şüarı səsləndiriləcək. Tarixə nəzər yetirdikdə isə inkişaf etmiş ölkələrin daha tez bu sistemi yaratdığını görə bilərik: "Bu il dünyada qeyd olunacaq əməyin mühafizəsi günü "beynəlxalq əmək mühafizəsinə qoşulmaq" missiyasını daşıyır. Əməyin mühafizəsinə texniki yardımların göstərilməsi məsələsi də gündəmdə duran məsələdir. 1992-ci ildə Norveçdə, 1993-cü ildə isə İsveçdə əməyin mühafizəsi ilə bağlı sistem yaradılıb. Bir neçə il sonra isə Niderland krallığında bu sistem qurulub. Əməyin mühafizəsi sistemi göstərib ki, inkişafın təməlində işçinin müdafiəsi durur".

Təşkilat nümayəndəsi qeyd edib ki, Azərbaycanda da bu sahədə işlər görülür. Hazırda Əmək Müfəttişliyi tərəfindən təlimlər keçilir. Əməyin mühafizəsi ilə bağlı isə strategiya hazırlanıb: "Əmək Müfəttişliyi bu sahədə işlər görür. İşəgötürənlərə müəyyən təlimlər keçilir. Hökümətlə işə götürənlər və işçilər arasında müştərək birlik həlledicidir. Bu baxımdan Azərbaycnda 2007 ci ilin yanvarında əməyin mühafizəsi ilə bağlı strategiyaya start verilib. Bu vacib məsələdir. Qısa zamanda əmək və sosial müdafiəni təşkil edəcək bu qanun əməyin inkişafına töhvə verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə