Şahin Camalov: “Bəzi QHT-lər xarici təşkilatlarla əlaqə saxlamaqda maraqlıdırlar”
"Hal-hazırda Azərbaycanda Qeyri Hökümət Təşkilatlarının fəaliyyəti üçün çox yüksək şərait yaradılıb". Bu sözləri SİA-ya açıqlamasında İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib.
Onun sözlərinə görə, bəzi müxalifətyönlü QHT-lərin xarici qurumlarla əməkdaşlıq etmələrinin əsas səbəbi onların məhz vətəndaş cəmiyyətinə xidmət etmək maraqlarında olmamasından qaynaqlanır: "Vətəndaş cəmiyyətinin inkişafına, dövlətçiliyə və ən əsası vətəndaşla dövlət arasında körpü rolunu oynamaq istəməyən bəzi müxalifətyönlü QHT-lər sadəcə maliyyə yardımları ilə təmin olunmaq həmçinin də ölkə xaricindən verilən əmrlərin yerinə yetirilməsində maraqlıdırlar. Digər tərəfdən Azərbaycanda fəaliyyət göstərən QHT-lərə maliyyə yardımı göstərən dövlət qurumları daha çox maddi-texniki bazası olan, fəaliyyət göstərməkdə maraqlı olan təşkilatlarla əlaqə saxlamaqda maraqlıdırlar. Xarici təşkilatlara üz tutan müxalifətyönlü QHT-lər məhz maddi-texniki bazalarının olmaması səbəbindən bu cür yollara əl atırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB