Avropa Oyunlarının tanıtım kampaniyası Duzdağda FOTOLAR

Avropa Oyunlarının tanıtım kampaniyası Duzdağda FOTOLAR

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan "Bakı-2015"in Əməliyyat Komitəsinin nümayəndələri Duzdağ Fizioterapiya Mərkəzinə baş çəkiblər.

Mərkəzin baş həkimi Ruslan Süleymanov qonaqları təbii şəfa mənbəyi kimi diqqəti cəlb edən bu müalicə ocağı barədə ətraflı məlumatlandırıb.

Bildirilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub.

Qonaqlara məlumat verilib ki, Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunur və qısa zamanda şəfa tapırlar. Bu gün Türkiyədən, İrandan, MDB, Avropa ölkələrindən yüzlərlə ağırlaşmış bronxial astma xəstələri mərkəzə gələrək burada müalicə olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə