Premyakovun öldürdüyü Avetisyan narkodiller çıxdı QƏTLİN TƏFƏRRÜATI
Gümrüdə Rusiya hərbçisi Valeri Permyakovun erməni ailəsini qətlə yetirməsi motivində narkotik alverinin olması amili dayanlıb. SİA xəbər veirir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri qətlin istintaqının aparılmasında iştirak edən mənbəyə istinadən həmin məlumatı paylaşıblar. Bəlli olub ki, Avetisyan ailəsinin başçısı Gümrü şəhərində narkotik alverçisi - narkodiller kimi tanınıb və yerli əhalidən olan şəxslərlə yanaşı, onun müştərilər arasında Rusiyaya məxsus 102-ci bazanın əsgərləri də olub.
Hadisənin təfərrüatı isə belə şərh olunur ki, növbəti dəfə narkotik vasitəsi almaq üçün Avetisyanın evinə gedən rus əsgərlər narkotiki pulsuz almaq istəyiblər. Ancaq onların bu istəyi baş tutmayıb. Çünki Avetisyan narkotik vəsaiti rus əsgərlərə pulsuz vermək istəməyib. Nəticədə əsgərlər Avetisyandan pulsuz nakotik verməyəcəyi cavabını eşidəndən sonra münaqişə edərək, evi tərk ediblər.
Sonradan Premyakov Avetisyanın evinə geri qayıdaraq, həm ailə başçısını, həm də onun ailəsini atıcı silahla güllələyib. Beləliklə, bir ailənin ikisi azyaşlı uşaq olmaqla, 7 üzvü qətlə yetirilib.
Hadisədən sonra Ermənistanda Rusiya əleyhinə aksiyalara start verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB