Küveytdə Nizami Gəncəvi ilə bağlı kitab çap edilib FOTO

Küveytdə Nizami Gəncəvi ilə bağlı kitab çap edilib FOTO

Küveytdə fəaliyyət göstərən "Vətənsevər" Dostluq Cəmiyyəti"nin təşəbbüsü ilə şair Şahin Musaoğlunun vətənpərvərlik ruhunda qələmə aldığı "İgid əsgər möhkəm dayan" şerlər kitabı Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin əməkdaşı Babək Əhmədov tərəfindən ərəb dilinə tərcümə edilərək nəfis tərtibatla Küveytin məşhur "Əl-Risalə" mətbəə evində çap edilib. Azərbaycanın Küveytdəki Səfirliyindən SİA-ya verilən xəbərə görə, həmçinin Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərə əlavə olaraq dahi şairin həyat və yaradıcılığından bəhs edən ərəb dilində, rəngli və nəfis tərtibatlı kitabça hazırlanaraq Küveytin məşhur "Əl-Risalə" mətbəə evində çap edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə