Elmi jurnalın yeni tərkibi təsdiq edilib

Elmi jurnalın yeni tərkibi təsdiq edilib

Azərbaycan Respublikasında elmin informasiya təminatını inkişaf etdirmək, elmi ictimaiyyəti elm və innovasiyalar sahəsindəki informasiya mübadiləsini gücləndirmək məqsədilə Humanitar və İctimai Elmlər Bölməsinin 24 dekabr 2014-cü il tarixli qərarı ilə "AMEA-nın Xəbərləri. Elm və İnnovasiya seriyası" adlı elmi jurnalın yeni tərkibi təsdiq edilib. SİA-nın məlumatına görə, jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir. Azərbaycanın, Rusiyanın, Ukraynanın, Belarusun, Qazaxstanın 21 tanınmış aliminin redaksiya heyətində üzvü olduğu bu elmi jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında təsdiq edilmiş "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil edilib. Elmi jurnal üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə