Komitə sədri: “Təəssüf ki, geni dəyişdirilmiş məhsullar hələ də ölkəyə gətirilir”
"Azərbaycanda qəbul olunan 7 qanunda geni dəyişdirilmiş məhsulların, onların toxumlarının, ölkəyə daxil olmasına qadağa qoyulub". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib.
E. İbrahimov təəssüflə qeyd edib ki, qanunda qadağan edilməsinə baxmayaraq geni dəyişdirilmiş məhsullar hələ də ölkəyə gətirilir: "Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Ancaq, bu məhsullar ölkəyə gətirilsə belə insanlarımız onları almamalıdır. Sevindirici haldır ki, artıq insanlarımız geni dəyişdirilmiş məhsulların insan orqanizmin mənfi təsirini başa düşürlər".
Komitə sədri bildirib ki, geni dəyişdirilmiş məhsulların ölkəyə gətirənlər üçün cərimələrin tətbiqi qanunvericilikdə də öz əksini tapıb: "Qəbul olunan bütün qanunlarda bu məhsulları ölkəyə gətirən şəxslər üçün yüksək səviyyədə cərimələr nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB