Su təchizatı sahəsində şəffaflıq artırılır TƏDBİR

Su təchizatı sahəsində şəffaflıq artırılır TƏDBİR

Bu gün BMM-də "Şəffaflıq Azərbaycan" Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə "Su Təchizatı Sahəsində Şəffaflığın Artırılması" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Birliyin icraçı direktoru Rəna Səfərəliyeva ölkəmizdə bu sahələrdə aşkarlanan korrupsiya hallarının qarşısının alınması istiqamətində tədbirlər görüldüyünü qeyd edib: "Su, elektrik təchizatında və eləcə də həmin təchizatlara aid qurğuların quraşdırılmasında təəssüf ki, arzuolunmaz hallar meydana çıxır. Məhz bu məqsədlə biz vətəndaşlarla maarifləndirici işlər aparır, korrupsiya hallarının qarşısının alınması üçün tədbirlərimizi həyata keçiririk".

Daha sonra çıxış edənlər AzərSu Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı, "Bakıelektrikşəbəkə" ASC-nin nümayəndəsi Tofiq Abdullayev Azərbaycanın bütün bölgələrində fərdi evlərdə sayğacların quraşdırıldığını, əhalinin su, elektrik təchizatınının təmin olunduğunu və bu yöndə müsbət irəlləyişlərdən bəhs ediblər.

Müstəqil ekspert Ələkbər Ağasıyevin sözügedən sahələrlə bağlı fikirləri dinlənildikdən sonra fikir mübadiləsi aparılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə