Milli Məclisin Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının qanununa dəyişiklər müzakirə olunub. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslərin onlara verilmuiş xüsusi razılıqda (lisenziyada) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirməsi qanunla qadağan edilməsi təklif edilir.
Qanununa təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmuiş xüsusi razılıqda (lisenziyada) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.
Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB