Azərbaycanda nikaha girmək üçün tibbi arayış tələb olunacaq

Azərbaycanda nikaha girmək üçün tibbi arayış tələb olunacaq

Milli Məclisin Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər barədə məsələ müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində "yanvarın 1-dən" sözləri, "iyunun 1-dən" sözləri ilə əvəz edilir.

Ailə Məcəlləsinə edilən dəyişikliklərdə Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması məsələsi də öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə