Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şərait arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB