Üç rayonun icra başçısı işdən çıxarıldı

Prezident sərəncamlar imzaladı
Üç rayonun icra başçısı işdən çıxarıldı

Azərbaycan Prezidenti İlham Əliyev Ucar, Göyçay və Quba rayon icra hakimiyyəti başçılarının işdən azad olunması ilə bağlı sərəncam imzalayıb. SİA məlumatı rəsmi mənbələrə istinadən yayır.

Belə ki, Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və növbəti sərəncamla Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamları ilə Yaşar Qəhrəman oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Növbəti sərəncamla Mənsur Həmzə oğlu Məmmədov Göyçay rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə