Elman Mehdiyev: “Pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq” AÇIQLAMA

Elman Mehdiyev: “Pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq” AÇIQLAMA

"Azərbaycanda bu il yanvarın 1 tarixindən etibarən bütün əmək pensiyalarının siğorta hissəsi indeksləşdiriləcək". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mətbuat konfransı zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib. O qeyd edib ki, ölkəmizdə artıq 2006-cı ildən etibarən siğorta –pensiya sistemi əmək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsi nəzərdə tutulur. Pensiya təminatı hüququnun etibarlı müdafiəsi baxımından bu bazar iqtisadiyyatı mühitində vətəndaşlara dəstək olacaq: "Ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. 2007-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam verilib".

Elman Mehdiyev həmçinin vurğulayıb ki, keçən il Azərbaycanda uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində inflyasiya aşağı səviyyədə saxlanılıb: "Bununla belə istehlak qiymətlərinin 1,4 faizlik indeksi qeydə alınıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə