Ümumilikdə internat tipli məktəblər dedikdə bu tədris müəssisələrində çətin tərbiyə olunan eləcə də, hər iki valideynini itirən və ya hər hansı valideynlərindən birini itirən, həmçinin aztəminatlı ailələrin övladları ağıla gəlib. Lakin zaman keçdikcə bu tip tədris müəssisələrinə baxış dəyişib və bu tip müəssisələrin fəaliyyət istiqamətləri də artıq tam fərqlidir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, indi Gəncədə fəaliyyət göstərən internat tipli gimnaziyalar futbol, ingilis dili və sanatoriya təmayüllüdür. Ümumilikdə bu üç tədris müəssisəsində təxminən 1500 şagird oxuyur. Son 5 ildə bu tədris müəssislərinə maraq da artıb. Gimnaziya kimi fəaliyyət buna təsir etsə də, digər tərəfdən hələ də bu tip müəssisələrdə aztəminatlı ailələrin övladlarının sayı çoxluq təşkil edir. İnternat tipli xarici dillər və sanatoriya təmayüllü gimnaziyalarda da müxtəlif kateqoriyadan olan uşaqların təlim tərbiyəsi aparılır. Tədris müəssisələrində tək Gəncədən deyil, ətraf regionlardan olan uşaqlar da təhsil alır.
Qeyd edək ki, onlar üçün yataqxana da yaradılıb.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB