Samux rayonunda əhalinin məşğuliyyətinin əsasən heyvandarlıq və əkinçilik təşkil etməsi, bu rayonda aqrar sahənin inkişafını labüd edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonunda əkin sahələrinin artırılması və əhalinin münbit torpaqlardan istifadə etməsi istiqamətində aidiyatı qurumlar tərəfindən aparılan işlər davam etdirilir. Rayonda taxılçılıq sahəsinin inkişaf etdirilməsi məqsədi ilə 5 min ha yaxın torpaq sahəsinin təyinatı dəyişdirilib və bu sahələrdə dənli bitkilər əkilib. Taxılçılıqla yanaşı son bir il ərzində qarğıdalı, eləcə də şəkər çuğunduru və digər bitkilər əkilib. Yeni il üçün ən önəmli yeniliklərdən biri isə Samuxda üzümçülük sahəsinin daha da inkişaf etdirilməsidir. Başqa sözlə desək, üzümçülüklə məşğul olan fermerlər birləşərək kooperativlər yaradıblar ki, bu kooperativlərin fəaliyyəti üçün də əlavə torpaq sahələri ayrılıb.
Son bir ildə torpaqlardan təyinatı üzrə istifadəyə gəlincə bu sahəyə də diqqət artırılıb. Əkin sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində ancaq yüngül konstruksiyalı tikililərə icazə verilib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB