Aydın Hüseynov: “Operativlik bu xidmətdə öz əksini tapıb” AÇIQLAMA

Aydın Hüseynov: “Operativlik bu xidmətdə öz əksini tapıb” AÇIQLAMA

"ASAN xidmət bir Azərbaycan brendidir və bu gün ASAN xidmətdən Azərbaycan vətəndaşları çox razıdırlar. Qısa müddətdə ASAN xidmət özünü doğrultdu". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, əvvəllər vətəndaşlar sənədləşmə məsələsində həm vaxt itkisinə uğrayırdılar, həm də müəssisələr arasında gəzməklə maddi vəsait ödəyirdilər. Bu da insanların həm vaxt, həm maddi, həm də əsəblərinə təsir edirdi. Hazırda isə bu məsələlər aradan qaldırılaraq bütün sənədləşmə işləri operativ şəkildə aparılır: "İnsanlara həssas yanaşdığına görə və ümumilikdə götürdükdə oradakı texniki təchizatdan tutmuş digər xidmətlərə qədər bütün rahatlıq nəzərdə tutulub. Operativlik bu xidmətdə öz əksini tapıb. Ən başlıcası isə əvvəllər bəzi vətəndaşlar süründürməçiliklə rastlaşırdılar. Vəsiqə almaqla bağlı və digər işlər günlərlə vaxt aparırdı, həm vətəndaşın vaxtı itirdi, həm də bir arayışdan ötrü bir neçə yerə getmək lazım gəlirdi. Burada vətəndaşın vaxtı ilə yanaşı maddi vəsait itkisindən də söhbət gedir. Hər hansı müəssisəyə gedən şəxs yol xərci çəkməli olurdu. Eyni zamanda vətəndaşların əsəblərinin tarıma çəkilən vaxtları da olurdu. Bu baxımdan ASAN xidmət çox yüksək səviyyədə öz işini qurub və başlıca olaraq insanların vaxtına, maddi baxımdan təminatının asanlaşmasına, nəqliyyatdan istifadəyə görə daha rahat olmasına gətirib çıxarır".

Aydın Hüseynov həmçinin qeyd etdi ki, özünü doğrultmuş vətəndaşlara xidmət sistemi artıq xarici ölkələr tərəfindən də istifadə ediləcək: "Eyni zamanda ASAN xidmət tərəfindən korrupsiya hallarının da qarşısı alınıb. Ağıllı bir model olaraq da bundan digər ölkələr də istifadə etməyə çalışacaqlar. Çünkü bu model özünü doğrultmuş xidmət sistemidir".

Bütün xəbərlər Facebook səhifəmizdə