Jalə Əliyeva: "Cəmiyyət baş verənlərə laqeyd qalmamalıdır" MÜNASİBƏT
Son zamanlar ölkəmizdə abortun sayı artıb. Bu cür halların qarşısının alınması üçün sərt qanunların qəbul edilməsinə ehtiyac varmı?
Bununla əlaqədar olaraq millət vəkili Jalə Əliyeva SİA-ya açıqlama verib. Bildirib ki, elə məsələlər var ki, onları qanunların sərtləşdirilməsi və ya hər hansı ağır şərtlər ortaya atılması yolu ilə bunun qarşısını müəyyən mənada almaq mümkündür: "Azərbaycanda ailə dəyərləri üçün eybəcər hal hesab edilən abortların qarşısının alınmasına ilk öncə cəmiyyət hazır olmalıdır. Cəmiyyətin hər bir fərdi baş verənlərə yaxından yanaşmalı və laqeyd qalmamalıdır. Abortlar sosial problemə çevrilmiş, yaxud da çevrilməkdə olan məsələdir. Bunun özəyini ilk növbədə ailələrdə axtarmaq lazımdır. Ailədə qoyulan tərbiyə mühüm rol oynayır. Bəzən ailənin özü övladı erkən nikaha sürükləyir. Ailə qurmağa hazır olmayan qızın cəmiyyətdə yanlış yola getdiyini gördükdə insanlar dərhal "Qırmızı işığı" yandırmağı bacarmalıdır. Sadəcə qanunlarla bunu tənzimləmək mümkün deyil. Onu da deyim ki, həmin qız abortu tək başına etmir, təbii ki, hər hansı müəssisəyə gedib döldən azad olur. Düşünürəm ki, qanunda daha sərt şərtlər qoyulsa o zaman bu cür halların qarşısını müəyyən qədər almaq mümkün olar. Bir sözlə yalnız qanunlar deyil, eyni zamanda bu qanunların aliliyini başa düşüb, cəmiyyətdə bir qızın tam vətəndaş kimi layiqincə yetişdirilməsinin vacibliyini anlayıb, hər birimiz öz səsimizi qaldırmalıyıq".
İlahiyyatçı Seyidağa: "Allahın haram buyurduğu canı zəif düşüncə və yersiz səbəblərdən haqsız yerə öldürürlər, halbuki Allahu Təalə deyir: "Allahın haram buyurduğu canı haqsız yerə öldürməyin!". Əgər uşağın doğulması ananın həyatı üçün təhlükəlidirsə o zaman ana abort ola bilər. Çox vaxt valideynlər dölün xəstə və ya şikəst olduğunu görüb ondan azad olmaq istəyirlərsə o dində günah hesab edilir. Ana bətnindəki uşağı hər hansı bir dövrdə öldürmək, salmaq, aldırmaq cinayətdir. Bir nəfəri öldürmək bəşəriyyəti məhv etmək deməkdir. İslam dini canlını, insanı öldürməyi qəti olaraq qadağan edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB