GTM Qubada yeni regional ofisini açdı FOTO

GTM Qubada yeni regional ofisini açdı FOTO

Gənclər üçün Təhsil Mərkəzi Quba rayonunda yeni regional ofisinin açılışı münasibəti ilə 1-ci İntellektual Bilik Yarışı keçirilibdir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsini stimullaşdırmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlər və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

Quba Gənclər Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu günkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən digər rəsmi qonaqlar da keçirilən yarışın əhəmiyyətini qeyd edərək,tədbirin tərəfdaşı "Xəmsə" kursunun şimal regionunda gənclərimizin yüksək intellektə və biliyə sahib olmaları istiqamətində apardığı işləri diqqətə çatdırmışlar.

Daha sonra komandaların iştirakı ilə yarış başlamışdır. 100-dən artıq gəncin iştirak etdiyi yarışın qalibləri Mərkəz tərəfindən mükafatlandırılmışdır.

Bununla bərabər həmçinin Gənclər üçün Təhsil Mərkəzi Quba Regional ofisinin açılış mərasimi baş tutub , Mərkəzin iş prinsipi rayon ictimaiyyətinə təqdim edilibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə