Hüquqşünas: "Sənətçi mahnının təsiri altında səhv hərəkətə yol verib" MÜNASİBƏT
Xəbər verdiyimiz kimi gənc müğənnilər Sevil və Sevinc bacıları verilişlərində Azərbaycanın dövlət rəmzini təhqir edən hərəkətə yol vermişdilər. Onlar etdikləri hərəkətə görə hüquqi baxımdan məsuliyyət daşıyırlarmı?
Bununla əlaqədar olaraq hüquqşünas Cavid Cəfərov SİA-ya açıqlama verib bildirib ki, Sevil və Sevinc bacıları verilişlərində manatı təsadüf nəticəsində cırıb. Ona görə də heç bir məsuliyyətə cəlb olunmurlar: "Əgər milli valyutamız olan manatı bacılardan biri bilərəkdən cırıbsa o zaman həmin şəxs hüquqi baxımdan məsuliyyətə cəlb edilir. Düşünürəm ki, hadisə qəsdən və bilərəkdən törədilməyib. Sənətçi mahnının təsiri altında səhv hərəkətə yol verib. Əslində milli simvolumuz sayılan Manata edilən bu hərəkət yanlışdır və bunu qəbahət hesab edirəm. Ancaq sözügedən hadisə təsadüf nəticəsində baş verdiyi üçün cəzanın tətbiq ediləcəyini düşünmürəm. Onu da deyim ki, ifaçılar və telekanal rəhbərli baş verən hərəkətə görə, Azərbaycan xalqından üzr istəyib".
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra suverenliyin əsas atributlarından sayılan milli valyutamız -manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 fevral 2005-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB