Rəna Mirzəzadə: "Boşanmalara sivil yanaşmalıyıq" AÇIQLAMA

Rəna Mirzəzadə: "Boşanmalara sivil yanaşmalıyıq" AÇIQLAMA

"Azərbaycanda boşanmaların sayı durmadan artır. Ancaq bunun səbəbini xəyanətdə görmürəm". Bunu SİA-ya açıqlamasında Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə söyləyib.

Onun sözlərinə görə, boşanma müxtəlif səbəblər üzündən baş verə bilər: "Boşanmanın səbərlərini araşdırmaq üçün ilk növbədə ailə quran hər iki gəncin könüllü evlənib-evlənməməsini öyrənmək lazımdır. Bəzən gənclər valideynlər tərəfindən məvburi şəkildə evləndirilir. Bundan əalvə, iqtisadi maraqlar üzündən də ailə qurub sonradan peşman olanlar gənclərimiz də az deyil. Əslində isə, ailə həyatı hər iki tərəfin istəyi ilə qurulmalıdır. O ki qaldı boşanmalara da buna da sivil yanaşmalıyıq. Bəzən hay-küy qaldırılır ki, ailələr boşanmasınlar. Ancaq insan ömrü o qədər azdır ki, burada iki insan bir evdə dava-dalaşla yaşayırsa, onların ayrılması daha münasibdir. Bunu ətraf da, qohumlar da çox sakit qarşılamalıdır. Hər ikisinin bir-biri ilə mübahisəsi, sonda faciə ilə nəticələnməkdənsə, ayrılıb hərəsinin öz yolu ilə getməsi daha yaxşıdır. Xəyanət isə tamam başqa bir faktordur. Xəyanət üstündə boşanmalar da ola bilər. Ancaq cəmiyyətimizdə xəyanət üstündə boşanmalar az hallarda olur. Bəzən kişi, qadınını başqa adamla görürsə, gedib onu öldürür. Bunlar pis amildir. Düşünürəm ki, həyat yoldaşı xəyanət edirsə, buna sivil yanaşmaq, sakit formada boşanmaq daha düzgündür.Nəinki gedib cinayətə və ya intihara əl atmaq. Bir sözlə boşanmaya səbəb kimi xəyanəti göstərmək doğru deyil. Çünki övladın olmaması, iqtisadi durumun pis olması, xasiyyətlərin uyğunlaşmaması da ailənin dağılmasının səbəbi ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə