Egey dənizində türk və yunan qırıcıları üz-üzə gəlib. Bu haqda məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildiriblər. Məlumatda deyilir ki, Türkiyənin 6 ədəd F-16 qırıcı təyyarəsi Egey dənizində təlim uçuşu həyata keçirib. Eyni vaxtda Yunanıstana məxsus 2 ədəd F-16 təyyarəsi də havaya qalxıb.
Yunanıstan qırıcıları Egey dənizində beynəlxalq hava sahəsində daxil olub və 18 saniyə ərzində 2 dəfə türk qırıcılarına doğru uçublar.
Türk pilotları bu həmlədən qorxmayaraq eynilə sükanlarını yunan təyyarələrinə doğru yönəldiblər və yunan pilotlarını panikaya salıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB