Boşanmaların səbəbi sosial şəbəkələrdir? AÇIQLAMA

Boşanmaların səbəbi sosial şəbəkələrdir? AÇIQLAMA

Son vaxtlar ölkəmizdə boşanmaların sayı durmadan artır. Bunun səbəbi kimi sosial şəbəkələri göstərirlər. Dünənə qədər sosial şəbəkələr vasitəsilə ünsiyyət qurub evlənən insanlarla bağlı yayılan xəbərlərə indi də bu tip xəbərlər qarışıb. İnsanlar "Sosial şəbəkələrə həddən artıq aludə olmaq ailələri dağıdır" deyə hay-küy salıblar. Xüsusən bu cür hadisələrdə "Facebook" sosial şəbəkəsi hədəf götürülüb.

Bəs doğurdanmı ailələrin dağılmasının əsas səbəbi sosial şəbəkələrdir? Bununla əlaqəli olaraq psixoloq Dəyanət Rzayev SİA-ya açıqlama verib. Bildirib ki, boşanmaların səbəbi sosial şəbəkələr ola bilməz: "Əgər qadın boşluğa düşübsə və həyat yoldaşı ilə münasibətləri normal deyilsə o zaman qadın çıxış yolunu sosial şəbəkələrə üz tutmaqda görür. Bunun günahkarı kimi "Facebook" və ya digər sosial şəbəkələr göstərilə bilməz. Mən boşanmanın səbəbi kimi kişilərin həddindən çox psixi problemini əsas göstərə bilərəm. Bəzən avtobuslarda sürücülər sərnişinlərlə kobud danışırsa, təhqir edirsə deməli həmin sürücü ailəsinə də normal münasibət göstərə bilməz. Əvvəllər qadınlar kişilərin zorakılığına, təhqirinə dözürdülər. Ancaq indi çox qadın bu cür kobud münasibətləri qəbul etmək istəmirlər. Sevindirici haldır ki, bu gün qadın hüquqları inkişaf edib və yaxşı səviyyəyə çatıb. Onu da deyim ki, boşanmaların 50% -dən çox seksual problemlərdir. Bir sözlə boşanmanlın artmasının əsas günahkarı kişilərdir. Təəssüflər olsun ki, boşanmalar kütləvi hal alır".

Bütün xəbərlər Facebook səhifəmizdə