Lökbatanda hesabat yığıncağı keçirilib FOTOLAR

Lökbatanda hesabat yığıncağı keçirilib FOTOLAR

3 yanvar 2015-ci il tarixində Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. SİA-nın xəbərinə görə, keçirilən hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri və adiyyatı orqanlar iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi O.Sadıqov hesabat verərək qeyd etdi ki, 2014-cü il qəsəbə üçün uğurlu il olub. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Lökbatan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbəsə bir sıra işlər görülüb.

Belə ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində qəsəbə ərazisində D.Bəkirov və V.Əsədov uşaq bağçalarında isə əsaslı təmir işləri yekunlaşaraq istifadəyə verilib. Cabbar Qaryağdıoğlu adına 9 saylı musiqi məktəbi üçün yeni binanın tikintisi başa çataraq istifadəyə verilib. 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binaların inşası başa çatmış açılışa tam hazırdır.

Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəsəbədə yeni körpələr-evi uşaq bağçasının tikintisinə başlanılıb. Qəsəbənin istilik enerjisi ilə təchizatında müəyyən işlər görülüb ki, Nizami küçəsində yerləşən 530 saylı qazanxana, məhəllədaxili istilik xətlərinin yenidən qurulması 9 yaşayış binasında məhəllədaxili və aşağı paylama və "Sevinc" uşaq bağçasında məhəllədaxili istilik xətlərinin yenidən qurulması, bir yaşayış binasında aşağıpaylama istilik sistemlərinin yenidən qurulması işləri tam başa çatdırılıb.

Qaz təsərrüfatında 3 ədəd yeni qaz tənzimləyici qurğu və müxtəlif diametrli 4057 metr qaz xətti çəkilib. Elektrik enerjisi ilə təminatda 3 ədəd yeni transformator quraşdırılmış,ümumilikdə 30179 metr kabel çəkilib. Müvafiq Dövlət Proqramına əsasən qəsəbə ərazisində su və kanalizasiya xətləri yenidən qurulur.

İl ərzində qəsəbədə və dairəvi yolun qəsəbəyə düşən ərazisində yeddi yaşıllıq sahəsində ümumilikdə 13600 m2 sahəyə ot örtüyü salınmış, 5000-ə yaxın müxtəlif növ ağac əkilmişdir. A.Baxşıyev küçəsində 18 ədəd küçə işıqları quraşdırılıb.

Hesabat yığıncağında iştirak edən 330-a yaxın qəsəbə sakinlərindən 5 nəfəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən fərdi qaydada dinlənilib.

Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sakinlərin müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə