Qar yağacaq PROQNOZ

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər çiskinli, günün ikinci yarısında arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 5-8 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə