Azad Rəhimov vətəndaşların şikayətlərinə qulaq asacaq

Azad Rəhimov vətəndaşların şikayətlərinə qulaq asacaq

27 yanvar tarixdə Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120. Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Ağcabədi - 050-515-29-00

Beyləqan - 055-743-12-12

Biləsuvar - 050-504-44-22

İmişli - 055-635-66-49

Bütün xəbərlər Facebook səhifəmizdə