Kralın ölümü ilə əlaqədar başsağlığı kitabı açılıb

Kralın ölümü ilə əlaqədar başsağlığı kitabı açılıb

Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əl-Səudun ölümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb. SİA-nın xəbərinə görə, saat 10:00-dan 16:00-dək arzu edən hər kəs başsağlığı kitabında öz qeydlərini edə bilər.

2014-cü ilin dekabrında həkimlər Səudiyyə Ərəbistanı Kralında sətəlcəm aşkar edibmişdilər. Kral Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilmiş və orada tibbi müayinədən keçmişdi. Müayinə zamanı təcili müalicə tələb olunan sətəlcəm diaqnozu təsdiqlənmişdi. Bundan əlavə, 4 ay ərzində Kralın fəqərə sütununda bir neçə cərrahiyyə əməliyyatı aparılıb.

Yeni, sayca yeddinci olan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə