25 yanvar – 1 fevral tarixlərində "İsrail Tələbələrinin Səsi" (Tafnit - Israeli Students' Voices) təşkilatının Avropa Tələbələr Birliyi (ESU) ilə birgə təşkil etdikləri tələbə liderlərin növbəti görüşündə Azərbaycan da təmsil olunacaq. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin rəhbəri Pərvin Rəhimli və ittifaqın mətbuat katibi Məcid Musayev təmsil edəcəklər.
Tədbir çərçivəsində nümayəndələr Azərbaycanın təhsil sistemini, keçirilən yeni islahatlar haqqında məlumat verəcək, ölkəmizin tələbə özünüidarəetmə strukturları (Tələbə Gənclər Təşkilatı) modelini təqdim edəcəklər.
Qeyd edək ki, ATGTİ-nin fəaliyyəti çərçivəsində bu təşkilat nümayəndələrinin İsrailə ilk səfəridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB