Ekologiya və təbii sərvətlər naziri Sabirabadda vətəndaşları yanvarın sonunda qəbul edəcək
Görüşün tarixi dəyişdirildi

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun yanvarın 23-də Sabirabadda vətəndaşlar üçün nəzərdə tutulmuş qəbulu yanvarın 30-na dəyişdirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri sakinlərinin şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşlar [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ( telefonlar: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə