Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında rəsm əsərləri üzrə 20 Yanvar faciəsinin XXV ildönümünə həsr olunmuş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusunda müsabiqə keçirilib. SİA-nın məlumatına görə, sərgidə 70-ə yaxın rəsm əsəri nümayiş etdirilib. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və s. materiallardan məharətlə istifadə edərək 20 Yanvar faciəsinin görüntülərini yaradıblar.
Tədbirdə iştirak edən qonaqlar sərgiyə baxış keçiriblər. Sonra isə orta məktəb şagirdləri arasında "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlmanəsidir" mövzusunda keçirilən rəsm müsabiqəsində ilk 3 yeri tutmuş və fərqlənmiş iştirakçıların mükafatlandırma mərasimi keçirilib. I yerə Əli Piriyev (Nizami rayonu), II yerə Mirəhməd Musayev (Yasamal rayonu), III yerə Fatimə Əlizadə (Xəzər rayonu) layiq görülüblər.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB