Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, günün ikinci yarısında havanın dəyişkən buludu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Sabah respublikanın bəzi yerlərində havanın yağıntılı olma, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağma ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB