Erməni mətbuatı: “Ermənistan Permyakovun Rusiya bazasında qalması ilə barışıb”
Ermənistanda nəşr olunan "Aykakan Jamanak" qəzeti bu ölkənin baş prokuroru Gevorq Kostanyanın Rusiya Federasiyasının baş prokurorluğuna rus əsgəri Valeri Premyakovun Ermənistan tərəfinə verilməsi tələbi ilə müraciət etmədiyini qeyd edib. SİA-nın məlumatına görə, erməni qəzeti yazır ki, hətta həmin tələbin, yaxud da müraciətin əlamətləri belə görünmür: "Ümumiyyətlə, Ermənistan və Rusiya arasında aparılacaq danışıqlarda bu məsələnin qaldırılmasının əlamətləri belə görünmür. Artıq erməni ictimaiyyətində belə bir təəssürat yaranmağa başlayıb ki, Ermənistan tərəfi Premyakovun rus hərbi bazasındab qalması ilə barışıb".
Qəzet yazır ki, Ermənistanın tərəfi erməni müstəntiqlərinin zaman-zaman bazaya gedərək, Premyakovu dindirmələri ilə kifayətlənir.
Qeyd edək ki, erməni müstəntiqləri və hüquq-mühafizə orqanlarının əməkdaşları Premyakovu yalnız Rusiya tərəfinin razılığı əsasında sorğu-sual edə bilərlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB