Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri peşəkar jurnalistikamızın tanınmış nümayəndəsi, ömünün 75 illik zirvəsinə çatmış Yalçın Əlizadəni yaşadığı mənzilində ziyarət etdilər, nüfuzlu qələm sahibinə həmkarlarının və dostlarının xoş arzularını çatdırdılar.
Ustad jurnalistlə səmimi hal-əhvaldan sonra ömrünün çoxunu milli jurnalistikamızın inkişafına həsr etmiş Y.Əlizadənin xidmətləri bir daha yada salınıb. Yubilyarın BDU-nun jurnalistika fakultəsinin dekanı kimi fakultənin ənənələrini daim yaşatdığı razılıqla vurğulanıb.Bu qədirbilənliyin nişanəsi olaraq Azərbaycan Mətbuat Şurasının xüsusi xatirə diplomu qocaman jurnalistə təqdim edilib.
Y.Əlizadə həmkarlarının qədirbilənliyinin ona yüksək əhval gətirdiyini söyləyib, razılığını bildirib. O, jurnalistikamızın dəyərli ənənələrinin yaşadılması, gənc jurnalistlərin peşəkarlığının. KİV-in vətəndaşlıq mövqeyinin yüksəldilməsi, media sahəsinin sosial problemlərinin həlli ilə bağlı ölkədə görülən ardıcıl işlərin onu ürəkdən sevindirdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB