Türkiyə parlamenti keçmiş nazirləri vermədi

Türkiyə parlamenti keçmiş nazirləri vermədi

Türkiyə Böyük Millət Məclisi böyük səs-küyə səbəb olmuş korrupsiya qalmaqalına görə vəzifəsini tərk edən dörd keçmiş naziri məhkəməyə verməkdən imtina edib. Euronews telekanalı xəbər verir ki, gizli səsvermə nəticəsində deputatların əksəriyyəti Müəmmər Gülər, Əgəmən Bağış, Zəfər Çağlayan və Ərdoğan Bayraqdar, eləcə də hazırkı və keçmiş kabinet üzvlərinin ünvanına səsləndirilən ittihamların araşdırılması üçün onların məhkəməyə cəlb olunmasına qarşı çıxıb.

2013-cü ilin dekabrında Türkiyə polisi miqyaslı antikorrupsiya əməliyyatları həyata keçirmişdi. O vaxt dələduzluqda, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvətxorluqda ittiham edilən, aralarında biznesmenlərin, yüksək vəzifəli məmurların və onların qohumlarının da olduğu onlarla şəxs həbs olunmuşdu.

Keçən ilin payızında isə İstanbulun baş prokurorluğu onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas olmadığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə