Millət vəkili: “Qanun layihəsi yaxın zamanda qəbul olunacaq” AÇIQLAMA

Millət vəkili: “Qanun layihəsi yaxın zamanda qəbul olunacaq” AÇIQLAMA

"Asudə vaxtın təşkili Azərbaycanın qanunlarında öz əksini tapıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib. O qeyd edib ki, hazırda uşaqların asudə vaxtının səmərəli təşkili üçün qanun layihəsi Milli Məclisin gündəliyindədir. Qanun layihəsində yeni istirahət mərkəzlərinin tikintisi, yay istirahət düşərgələrinin təşkili, istirahət evlərinin bərpası və s. nəzərdə tutulur: "Uşaqların məktəbdən kənar vaxtının təşkil olunması, xüsusən yay vaxtında istirahət düşərgələrinə getməsi, bunun üçün hüquqi əsasların yaradılması və s üçün qanun layihəsi bizim gündəliyimizdə var. Yaxın zamanda qəbul olunacaq. Burada işin təşkil olunma mexanizmi və həmin müəssisələrin standartları ilə bağlı məsələlər də yer alır. Sovet dövründə yaradılan uşaq istirahət mərkəzləri, yay istirahət düşərgələrinin demək olar ki, hamısı ya dağılaraq sıradan çıxıb, ya da özəlləşdirilib. Mövcud otellər və istirahət evlərinin uşaqlar üçün ixtisaslaşdırılması və ya müəyyən qrup uşaqlar üçün ayrılması kimi məsələlərin hamısı hazırda müzakirə olunur. Qanun qəbul olunduqda bununla bağlı vətəndaşlar məlumatlandırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə