“İkili standartlar” müzakirə edildi

“İkili standartlar” müzakirə edildi

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə "Müasir dünya və ikilistandartlar" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutan görüşdə MQF-nin prezidenti Rauf Zeyni, Mətbuat Şurasının sədri Əflatun Amaşov və kütləvi informasiya vasitələrinin nümayəndləri iştirak ediblər.

Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsində şəhid olanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Giriş nitqi ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq aləmə inteqrasiya yolunda çox mühüm addımlar atıb: "Heç kəsə sirr deyil ki, Azərbaycan regionun əsas gücüdür, dövlətimiz bölgədə bütün sahələr üzrə böyük üstünlük qazanmışdır. Şübhəsiz ki, bu, Cənab Prezident İlham Əliyevin apardığı siyasət, gördüyü real işlər nəticəsində dövlətimiz bu gücə sahib olmuşdur".

R. Zeyni uzun illərdir ki, ikilistandartlar nümayiş etdirən beynəlxalq təşkilatların mövqeyini sərt tənqid edərək vurğulayıb ki, özlərini "azadlıq carçısı" adlandıran bir çox böyük dövlətlər ədalət nümayiş etdirməli, özlərinin ənənəvi mövqelərindən əl çəkməlidirlər.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, 90-cı illərin əvvəllərində ABŞ senatorlarının Qorbaçova göndərdiyi məktuba nəzər salsaq görərik ki, böyük dövlətlərin ikilistndartlar nümayiş etdirməsi bu günün məsələsi deyil və uzun illəridir ki, sülhsevər dövlətlər ikilisatndartların əziyyətini çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə