Yaxın 2 gün ərzində də Bakıda və Abşeron yarımadasında temperatur rejimində ciddi dəyişiklik gözlənilmir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, Azərbaycanın əsasən şimal və şərq rayonlarında isə hava şəraiti yağıntılı olacaq, yağış və qar yağacaq. Havanın temperaturu 7-10 dərəcə arasında dəyişəcək.
Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarının bəzi yerlərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB