Bu gün Alman-Azərbaycan Mədəniyyət Evi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Kölndə anım tədbiri həyata keçirib. SİA-nın xəbərinə görə, Köln Əhli-Beyt məscidində baş tutan tədbirdə azadlıq yolunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, 20 yanvarda xalqın göstərdiyi şücaətlər barədə maraqlı və ibrətamiz çıxışlar edilib. Faciə gecəsini canlı yaşayan soydaşlarımızın çıxışları xüsusilə burada böyüyən gənclər üçün qürur dolu anlar yaşatdı. Anlamlı keçən tədbir sonunda şəhidlərin ruhuna ehsan verilib.
Vətən uğrunda canından keçən cəmi şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşıında baş əyir, qazi olanlara Allahdan uzun ömürlər diləyirik!


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB