Bu yoldan keçməyin! tıxac var

Atatürk prospektində dəhşətli tıxac var. Tıxac prospektin girişindən Ayna Sultanova heykəlinin qarşısı və prospektə bitişik digər küçələrdə müşahidə olunur. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, tıxaca səbəb Z. Bünyadov və K. Rəhimov küçələrinin təmirlə əlaqədar bağlanmasıdır.

Bundan əlavə, hazırda Azadlıq prospektindən Binəqədi istiqamətində, Bakı-Sumqayıt şosesində, Z. Əliyeva küçəsində, C. Cabbarlı küçəsindən Kaspian Plaza istiqamətində və Həsənoğlu küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə