Dmitri Peskov: “Premyakov Rusiya Federasiyası qanunları çərçivəsində mühakimə olunacaq”

Dmitri Peskov: “Premyakov Rusiya Federasiyası qanunları çərçivəsində mühakimə olunacaq”

"Gümrüdə erməni ailəsini qətlə yetirmiş Rusiyanın hərbi qulluqçusu Valeri Permyakov Rusiya Federasiyasının qanunları ilə mühakimə ediləcək". SİA xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası prezidentinin mətbuat karibi Dmitri Peskov "qala tv"-yə verdiyi müsahibəsində deyib.

Onun bildirdiyinə görə, Vladimir Putin Ermənistanın prezidenti ilə apardığı telefon danışığında deyib ki, hərbi qulluqçu Rusiya vətəndaşı olduğu üçün əlbəttə ki, Rusiya qanunvericiliyində olan müddəalarla mühakimə ediləcək. Cinayət işinin araşdırılmasında erməni tərəfinin fəaliyyət göstərməsinə rəğmən, Premyakov və bu işdə əli olan digərləri Rusiya qanunları çərçivəsində cəzalandırılacaqlar.

Peskov onu da qeyd edib ki, Rusiya və Ermənistan prezidentlərinin telefon danışıqları zamanı Premyakovun Ermənistan tərəfinə verilməsi mövzusuna toxunulması haqqında informasiyaya malik deyil.

Xatırladaq ki, Ermənistan ictimaiyyəti rusiyalı hərbçinin Rusiya deyil, Ermənistan qanunları çərçivəsində mühakimə olunması tələbi ilə çıxış edirlər. Lakin Rusiya tərəfi cinayətkarın Ermənistana verilməsinin mümkünsüzlüyünü bəyan edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə