Ötən il Azərbaycanda 11 min boşanma halı qeydə alınıb

Ötən il Azərbaycanda 11 min boşanma halı qeydə alınıb

Ötən il ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah və 11,0 min boşanma halları qeydə alınıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub.

Ötən ilin yanvar-noyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1534 nəfər gələn və 742 nəfər ölkədən gedən qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə