Prezident Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşüb

Prezident Almaniyanın xarici işlər üzrə federal naziri ilə görüşüb

Yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub. Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə