Lənkəranda 20 yanvar faciə qurbanlarının xatirəsi anıldı FOTOLAR

Lənkəranda 20 yanvar faciə qurbanlarının xatirəsi anıldı FOTOLAR

Bu gün 20 Yanvar faciə qurbanlarının 25-cü ildönümü – Ümumxalq Hüzn günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük ehtiramla yad edildi. Səhər saatlarından Şəhidlər Xiyabanında böyük izdiham var idi. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə əklil qoyub. Sonra İcra başçısı şəhidlərin məzarı önünə tər qərənfil dəstələri düzüb, şəhid ailələrinin üzvlərinə başsağlığı verib. Daha sonra ümumxalq ziyarəti başlanıb. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Vahid Mustafayevin "Qanlı yanvar" filmi nümayiş etdirilib. Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, yanvarın 20-də rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə