20 Yanvar şəhidləri bölgələrdə də anılıb

20 Yanvar şəhidləri bölgələrdə də anılıb

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə bölgələrdə keçirilən anım mərasimlərində sakinlər azadlığı qanı bahasına qazanan vətən övladlarının xatirəsini bir daha yad ediblər. SIA-nın bölgə müxbiri xəbər verirki, Şəmkir rayonunda ictimayyət nümayədələri əsaslı təmir edilən şəhidlər xiyabanına gələrək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının məzarlarını ziyarət ediblər.

Daha sonra restavrasiya olunan soyqrım abidəsi ilə tanışlıq olub. Anım mərasimində çıxış edənlər Qanlı Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Qeyd olunub ki, 20 yanvar faciəsi XX əsrin ən dəhşətli qırğınlarından biri kimi tarixə düşüb. Tədbir iştirakçıları Şəmkirdəki 20 yanvar abidə kompleksini ziyarət edib. Abidə üzərinə tər qərənfillər düzüblər. Mədəniyyət işçiləri və məktəblilər faciə ilə bağlı ədəbi bədii kompazisya nümayiş etdiriblər. Gədəbəy rayonunda keçirilən anım mərasimi ilk olaraq dəyirmi masa ilə başlayıb. Bildirilib ki, 20 Yanvar Azərbaycanın tarixinə qara hərflərlə yazılıb. Əli yalın, silahsız həmvətənlərimiz bir gecədə vəhşicəsinə öldürülüb. Ardından ölkəmizin suverenliyi uğrunda şəhid olanların məzarları üstünə gül dəstələri qoyulub. Daha sonra Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə əklil qoyub. Xiyabana axışan yüzlərlə sakin şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə