20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərimizin xatirəsi Gəncədə silsilə tədbirlərlə anılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, anım mərasimində ilk olaraq abidə kompleksinin önünə əklil qoyulub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər 20 Yanvarın Azərbaycan tarixində yalnız bir qətliam olduğunu deyil, həm də qəhrəmanlıq səlnaməmizdə iz qoyan tarixi gün kimi qiymətləndiriblər. Şəhid valideyinləri isə vətən uğrunda canını qurban verən oğulları ilə fəxr etdiklərini, həmçinin dövlətin onlara göstərdiyi qayğıdan minnətdarlıqlarını bildiriblər. Həmçinin şəhidlərin ruhuna dualar oxunub. Tədbir iştirakçıları xiyabandakı şəhid məzarlarını ziyarət edərək, qəbirləri üstünə qərənfillər düzüblər. İdarə və müəssisə nümayəndələri, məktəblilər və şəhər sakinləri 20 yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidəni də ziyarət ediblər. Qərənfillərə qərq edilən abidə önündə məktəblilərdən ibarət karaul dəstəsi də dayanıb, uzun illər həsrətini çəkdiyimiz, yenidən qovuşduğumuz azadlığımız uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla anılıb. Saat 12 tamamda isə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.
Ilham Məmmədzadə



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB